Bizim futbol

Millimiz ilk oyunda məğlub oldu

Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən Azərbaycan millisi bu gün ilk oyununu keçirib. 

Dsport.az xəbər verir ki, Moskva şəhərində Rusiya yığması ilə qarşılaşan komandamız 3:8 hesabı ilə məğlub olub. Millimizin qollarını Sabir Allahquliyev, Asif Zeynalov və Amid Nazarov vurub.

Komandamız iyulun 21-də İsveçrə millisi ilə qarşılaşacaq.