Bizim futbol

“Zirə” Qətər klubu ilə “sülh bağladı”

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununu keçirib. 

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin "Əl-Xaritiyah" klubu ilə üz-üzə gəlib.
 
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. “Zirə”nin yeganə qoluna 51-ci dəqiqədə Mirsahib Abbasov imza atıb. Amma rəqib 76-cı dəqiqədə Mahir Yusifin vurduğu qolla bərabərliyə nail olub.
 
Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı çərçivəsində "Əskişəhərspor" və "Osmanlıspor" klubları ilə də yoxlama oyunu keçirəcək.