Bizim futbol

“Səbail” Super Liqa klubuna məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Sivasspor”la üz-üzə gəlib. Super Liqa təmsilçisi ilə görüş bakılıların məğlubiyyəti ilə başa çatıb - 1:2. "Səbail"in yeganə qolunu 78-ci dəqiqədə Ağabala Ramazanov penaltidən vurub.

Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub, Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib – 2:2.