Bizim futbol

“Zirə”nin hazırlıq planında dəyişiklik

Bu gündən Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planında dəyişiklik olub. 

Dsport.az xəbər verir ki, sözügedən komandanın iyulun 23-də "Əskişəhərspor"la nəzərdə tutulan matçı ayın 30-da keçiriləcək. Əvəzində "qartallar"ın 4 gün sonrakı rəqibi "Girəsunspor" olacaq.

Xatırladaq ki, “Zirə” sabah Qətərin "Əl-Xaritiyah", 1 həftə sonra isə Türkiyənin "Osmanlıspor" klubu ilə qarşılaşacaq.