Bizim futbol

“Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” (Albaniya) ilə keçirəcəyi oyunların vaxtı məlum olub.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu cüt arasında ilk oyun Albaniyada keçiriləcək. Görüş iyulun 25-də, Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda baş tutacaq. 

Ağdam klubu “Kukesi” ilə cavab matçına avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.