Bizim futbol

Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd “Qəbələ”nin əvəzedici heyəti ilə oyunla bağlı AFFA-nın saytına fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, baş məşqçi 2:0 hesablı qələbə qazandıqları oyundan sonra bunları deyib:

“Qəbələ” bizim üçün çox güclü rəqib oldu. Bu oyunda futbolçuların xarakter göstərdiklərinin şahidi olduq. Təlim-məşq toplanışının uzunmüddətli olması taktiki baxımından faydalıdır. Komandanın hər oyun bu istiqamətdə inkişaf etdiyinin şahidi oluruq. Qələbə qazanmaq hər zaman xoşdur. Futbolçularımı təbrik edirəm. Məşqlərdə çox işləyərək, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.