Bizim futbol

Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

“Əlbəttə, çətin oyun olacaq. Biz yenə də öz oyunumuzu göstərməli və layiqli mübarizə aparmalıyıq”.

Dsport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib. O bildirib ki, rahatlaşmaqdan söhbət gedə bilməz: 

"Motivasiya çatışmazlığı olmayacaq. Bu, Avropa Liqasının oyunudu. Səfərdə çıxış etmək nə qədər çətin olsa da, oyunumuzu sərgiləməliyik". (Report)

Qeyd edək ki, iyulun 19-da "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İlk görüşdə "Neftçi" qələbə qazanıb - 3:1.