Bizim futbol

Roberto Bordin: “Buna hazır olmalıyıq”

“Bakıdakı kimi çətin oyun olacaq. İlk görüşü 2 top fərqli üstünlüklə başa vursaq da, rəqibin güclü olduğunu və bizi çətin oyununun gözlədiyini bilmirik”.

Dsport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib. Daha sonra italiyalı mütəxəssis yerli və azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb:

- Hava şəraiti bu dəfə oyununuza necə təsir edə bilər?
- İlk oyunda hava şəraiti çox isti idi. Bu, hər iki komandaya çətin idi. Bu dəfə isə sərindi və tərəflər istədikləri kimi oynaya biləcəklər.

- İlk görüşdə "Neftçi" rəqibini hansı komponentdə üstələdi və sabahkı görüşdə eyni motivasiya ilə oynamaqda problem varmı?
- Vurduğumuz qol bizə yaxşı mənada təsir etdi və qələbə qazandıq. Bu qələbə bizim motivasiyamıza təsirini göstərə bilər.

- "Uypeşt"dən sürpriz gözləyirsiz?
- Bilmirəm nə sürpriz ola bilər. Əminəm ki, rəqib doğrudan da güclü oynayacaq və biz buna hazır olmalıyıq.

- İlk görüşdə müdafiənin mərkəzində Ruslan Abışovla Kirilo Petrovun çıxışı sizi qane etdi?
- Onlar həqiqətən yaxşı oyun göstərdilər. Futbolçular həqiqətən də gözəl müdafiə olundular. Bütün komandanın çıxışını bəyəndim.

- Sabahkı oyunda Kvame Karikaridən yararlanmağı düşünürsüz?
- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Kimin oynayacağına matç günü qərar verəcəyik.

- İlk oyunla müqayisədə cavab görüşündə start heyətdə çoxmu dəyişiklik gözlənilir?
- İlk "11-liy"i indidən açıqlamaq düzgün olmazdı. Amma Karikari, Emin Mahmudov və digər futbolçuların hamısı sabahkı oyuna hazırdılar. (Report)