Bizim futbol

Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:0) sonra fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

- Öncə futbolçularımı ürəkdən təbrik etmək istərdim. Belə isti havada bu cür mübarizə aparmaq həqiqətən alqışalayiq idi. Belə güclü komandaya qarşı oynamaq xoşdu. "Olimpiya" bizim məşqçilik korpusunu son illərdə ən çox düşündürən rəqib idi. Şükürlər olsun ki, iki oyunun nəticəsinə görə cütün qalibi olduq. Qarşılaşmadan əvvəl xəbərlər vardı ki, stadionda azarkeşlər az olacaq. Ancaq ilk mərhələyə görə say yaxşı idi. Bundan sonra bütün oyunlarımız çətin olacaq. Bütün komandalar bizə qarşı ciddi hazırlaşır. Bu da bizə problem yaradır. Birgə kollektiv şəkildə daha yaxşı oyun göstərməyə qadirik. "Olimpiya"nın baş məşqçisinə də uğurlar arzulamaq istəyirəm. Komandaya yeni gəlib. Onunla söhbətim oldu. Hiss olunur ki, yaxşı düşüncəyə malik məşqçidi. "Olimpiya"nın oyununda ötən mövsümlə müqayisədə fərq var.

- Dani Kintananın zədəsi nə yerdədi?
- Ola bilər ki, ciddidi. Əzələ dartılmasıdı. Sabah müayinədən sonra dəqiq bilinəcək. Gözlənilən budu ki, qarşıdakı oyunda olmayacaq.

- Növbəti mərhələdəki rəqibiniz "Kukesi"ni necə dəyərləndirərdiz?
- Bu komandanın oyununa baxmamışam. Sabah baxacam. Onlar da mərhələ keçib. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmalıyıq. Belə komandalar intizamlı olur.
 
- Rəqib sizi çox yordu. Son nöqtəni də qoya bilmədiz. Bu, komandanızda hücumçu çatışazlığından gəlir?
- Bəli, çox yorulduq. Ümumiyyətlə, belə oyunlar futbolçulara çox böyük fayda verir. Xaraketini gücləndirmək baxımından yaxşı şansdı. Belə oyunda onları daha yaxşı tanıyırıq. Bu oyunda bütün futbolçulardan razı qaldım. Hücum tək bir nəfərdən ibarət olmur. Sol və sağ cinah yarımmüdaçiləri də aktiv olmalıdı. Bir neçə qol şansımız oldu. Ancaq son nöqtəni qoya bilmədik. Hücumçu axtarışındayıq, danışıqlar gedir. Sonda kim bizimlə olacaq, əfsular olsun ki, bilmirəm. Hər xətdə daha çox futbolçuların olmasını istərdik.

- "Kukesi" bizim üçün "sirli qutu"du. Rauf Əliyevin ötən mövsüm bu komandada oynadığını nəzərə alsaq, ondan müəyyən informasiya almaq planınızda var?
- Kimlə yaxından maraqlanmaq lazım olsa, müraciət edə bilərik. Maksimum 2 gün ərzində rəqib haqqqında informasiya toplaya bilərik. Kiçik informasiya lazım olsa, onu öyrənməyə hazıram. Niyə də olmasın? Bizə kiçik informasiya da faydalıdı.

- Elə bil ki, komandanın oyun üslubunda dəyişiklik etmisiz. Daha çox pressinq edirdiz, hücumda olurduz...
- Dəyişiklik rəqibə görə idi. Dəfərlərlə demişəm ki, hər bir rəqibə qarşı fərqli oynayacağıq. Bugünkü futbolun tələbi budu. Hər bir rəqibə gəlmək üçün oyununun qarşısını almalısan. Bu da müxtəlif zonalar üzrə olur. Oyunumuzda buna görə dəyişiklik vardı. (Sportnet)