Bizim futbol

“Neftçi” “Keşlə”yə məğlub oldu

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığı davam etdirir. 

Dsport.az xəbər verir ki, gündə bir dəfə klubun təlim-məşq bazasında məşq edən komanda bu gün yoxlama oyunu keçirib. 

"Keşlə”nin əvəzediciləri ilə görüş 1:2 hesablı məğlubiyyətlə nəticələnib. “İnter Arena”da baş tutan oyunda "Neftçi”nin qolunu Elvin İmanlı vurub.

Qeyd edək ki, hazırlığa sabah bir məşqlə davam edəcək komanda növbəti yoxlama oyununu iyulun 22-də keçirəcək. "Tufan” klubu ilə “Neftçi”nin bazasında baş tutacaq görüş saat 18:00-da start götürəcək.