Bizim futbol

“Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Dsport.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Sivasspor”la üz-üzə gələcək. Heyətində Robinyo və Kone kimi futbolçuların yer aldığı Super Liqa təmsilçisi ilə görüş sabah - iyulun 19-da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub, Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib – 2:2.