Bizim futbol

“Neftçi” Macarıstana yola düşdü

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi” PFK cavab matçının hazırlığını bu gün səhər məşqi ilə davam etdirib. 

Dsport.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutan hazırlıq prosesində zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Komanda məşqdən sonra Macarıstana yola düşüb.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.