Bizim futbol

“Qarabağ” ÇL-in növbəti mərhələsində!

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib.

Qurban Qurbanovun çalışdırdığı Ağdam klubuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Baxmayaraq ki, komandamız yeni mövsümdə doğma azarkeşləri önündə keçirdiyi ilk matçında qələbə qazanmağı hədəfləmişdi. Amma görüşdə hesab açılmayıb və Azərbaycan təmsilçisi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

18 iyul

Qarabağ - Olimpiya 0:0
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. Vaqner Da Silva, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana (19. Filip Ozobiç, 42), 11. Mahir Mədətov (25. Ansi Aqolli, 90+3), 17. Abdulla Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 31. Alyaz İvaçiç, 3. Maki Banyak (30. Branko İliç, 74), 5. Marko Qayiç, 7. Rok Kronaveter (8. Daniel Mişkiç, 72), 21. Kinqsli Boatenq, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 46), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski.
Ehtiyat oyunçular: 41. Neyç Vidmar, 10. Qoran Brkiç, 15. Asmir Sulyiç, 22. Haris Kadriç.
Baş məşqçi: İliya Stoliça.