Bizim futbol

“Sumqayıt” Türkiyədə belə hazırlaşır - VİDEO

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu bu günü iki məşqlə başa vurub.

Dsport.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri yerli vaxtla saat 9:30-da səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər üzərində də işləyib. 

“Sumqayıt”ın axşam məşqi isə yerli saatla 17:00-da başlayıb.

Hər iki məşqdən hazırlanmış videoreportajı təqdim edirik: