Bizim futbol

“Neftçi” Macarıstana nə vaxt yola düşür?

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi” PFK cavab matçının hazırlığını gündə bir məşqlə davam etdirir.

Dsport.az xəbər verir ki, paytaxt klubu bu gün öz təlim-məşq bazasında axşam məşqinə çıxıb. Hazırlıq prosesində zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. 

“Neftçi” sabah səhər məşqindən sonra Macarıstana yola düşəcək.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.