Bizim futbol

“Sabah” serbiyalı futbolçu transfer etdi - RƏSMİ

“Sabah” növbəti transferini həyata keçirib.

Dsport.az xəbər verir ki, Premyer Liqamızın debütantı serbiyalı müdafiəçi Filip İvanoviçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər 3 illik müqaviləyə imza atıblar. İvanoviç yeni komandasında 13 nömrəli formada çıxış edəcək.

26 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.