Bizim futbol

“Neftçi” müraciət etdi

"Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Uypeşt”lə (Macarıstan) qarşılaşacaq.

Dsport.az xəbər verir ki, paytaxt klubu oyundan əvvəl azarkeşlərə müraciət edib. “Neftçi”nin müraciətində bunlar qeyd olunub:

“Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdəki "Ferens Susa” stadionunda "Uypeşt” klubu ilə qarşılaşacaq. Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizi maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək”.

“Neftçi” “Uypeşt”lə Bakıdakı ilk oyunda 3:1 hesablı qələbə qazanıb.