Bizim futbol

“Neftçi” “Uypeşt”lə cavab matçına bir itki ilə hazırlaşır

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib "Neftçi” PFK cavab matçının hazırlığını gündə bir məşqlə davam etdirir.

Dsport.az xəbər verir ki, paytaxt klubu bu gün bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.