Bizim futbol

“Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

Dsport.az xəbər verir ki, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 8 min bilet satılıb. Bu barədə klubun sosial şəbəkədəki hesabından məlumat verilib.

“Qarabağ” - “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.