Bizim futbol

“Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

2018/19 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib. 

Dsport.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda çalışmalarını davam etdirir. 2-ci mərhələdə komanda 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

"Sumqayıt"ın əvəzediciləri 18, 21, 25 iyul və 1 avqust tarixlərində müvafiq olaraq Region Liqası təmsilçisi “Tufan” ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Səbail” ilə “Bayıl Arena”da, “Keşlə” ilə “İnter Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq. Bütün qarşılaşmalar saat 18:00-da start götürəcək.