Bizim futbol

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyulun 18-dən 23-dək Moskvada təşkil olunacaq Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edəcək.

Dsport.az xəbər verir ki, iyulun 20-də, 21-də və 22-də müvafiq olaraq Rusiya, İsveçrə və Polşa yığma komandaları ilə qarşılaşacaq millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Hüseyn Axundov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Əbdül Əliyev.