Bizim futbol

“Sumqayıt” Türkiyəyə yola düşdü

2018/19 futbol mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” hazırlıq prosesinin 1-ci mərhələsini başa vurub. 

Dsport.az xəbər verir ki, komanda bu gün təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb. 16-29 iyul tarixlərində qonşu ölkədə hazırlıq keçəcək olan Nazim Süleymanovun yetirmələri bu müddətdə "Koru" otelində məskunlaşacaq.