Bizim futbol

“Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd “Keşlə”nin əvəzedici heyəti ilə keçirilmiş oyunla bağlı fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, o, 4:0 hesablı qələbəni belə şərh edib:

“Artıq doqquz gündü ki, təlim-məşq toplanışındayıq. Tibbi və fiziki testlərdən keçdikdən sonra futbolçuların funksional və texniki-taktiki hazırlığının yüksəlməsinə diqqət ayırırıq. İlk yoxlama oyununda futbolçuların hamısına şans verdik. Komanda çox istəkli idi. Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var. Səhvlərimizin üzərində işləyəcəyik. Əsas odu ki, futbolçular hara hazırlaşdıqlarını bilir və səylə çalışırlar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.