Bizim futbol

“Səbail” Qətər klubu ilə “sülh bağladı”

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qətərin “Əl Şəhaniyə” komandası ilə qarşılaşıb.

Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında baş tutan matçda qalib müəyyənləşməyib. “Səbail” fasiləyə 2 top irəlidə yolansa da, ikinci hissədə qısa müddətdə ardıcıl qollar buraxaraq üstünlüyünü əldən verib.

Yoxlama oyunu
15 iyun

Səbail - Əl Şəhaniyə 2:2 
Qollar: Ruslan Qurbanov, 35, Ağabala Ramazanov, 43.

Səbail: Emil Balayev, Elton Yaqublu (k), Şəhriyar Rəhimov, İqor Korotetski, Tamazi Tsetsxladze, Vüqar Bəybalayev, Murtuz Abakarov, Rahid Əmirquliyev, Ağabala Ramazanaov, Fəhmin Muradbəyli, Ruslan Qurbanov.
Ehtiyat oyunçular: Elxan Əhmədov, Cəfər Əlizadə, Orxan Qurbanlı, Sərxan Əhmədli, Emil Həsənzadə, Aqşin Hüseynov, Xaliq İbrahimov, Ürfan İsmayılov, Elçin Rəhimli.

Xatırladaq ki, “Səbail” ilk sınaq matçında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub.