Bizim futbol

“Uypeşt” - “Neftçi” matçı yunanlara tapşırıldı

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA bu klubların Macarıstanda baş tutacaq ikinci oyununu Yunanıstandan olan hakimlərə tapşırıb. İyulun 19-da keçiriləcək matçı Anastasios Papapetru idarə edəcək. Ona yan xətt hakimləri Tryfon Petropulos və Vasilios Kamburis kömək edəcək. Dördüncü hakim funksiyasını isə Angelos Evangelu yerinə yetirəcək.

Matçın hakim-inspektoru ispaniyalı Bernardino Qonsales Vaskes, UEFA nümayəndəsi Şimali İrlandiyanı təmsil edən İmon Neyton olacaq.

“Neftçi” Bakıda baş tutmuş ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gəlib.