Bizim futbol

“Proqres” - “Qəbələ” matçının hakimləri məlum oldu

“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Proqres” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.

Dsport.az xəbər verir ki, UEFA “Qəbələ”nin “Proqres”lə Lüksemburqdakı oyununu Şimali İrlandiyadan olan hakimlərə tapşırıb. İyulun 19-da baş tutacaq matçı Keyt Kennedi idarə edəcək. Ona yan xətt hakimləri Stefen Donaldson və Kristian Fransis Hanna isə kömək edəcək. Dördüncü hakim funksiyasını isə Evan Boys yerinə yetirəcək.

Matçın hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov olacaq.

“Qəbələ” ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzub.