Bizim futbol

“Sabah”ın Türkiyədəki iki rəqibi bəlli oldu

16-29 iyul aralığında Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq “Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

Dsport.az xəbər verir ki, Premyer Liqamızın debütantının artıq iki rəqibi bəllidi. Elşad Əhmədovun çalışdırdığı komanda iyulun 18-də Türkiyə birinci liqasında mübarizə aparan “Girəsunspor”, iyulun 28-də isə qardaş ölkənin Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. 

Digər iki rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.