Bizim futbol

Mübariz Mənsimovdan “Xəzər Lənkəran” açıqlaması

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu klub barədə danışıb.

Dsport.az xəbər verir ki, “Facebook” hesabında paylaşım edən Mənsimov sözügedən klubun hər zaman yaşayacağını bildirib: 

“Xəzər Lənkəran” bir brenddi. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.