Bizim futbol

Azərbaycan çempionu 2 yeni oyunçu transfer etdi

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” transfer çalışmalarını davam etdirir.

Dsport.az Azərbaycan Futzal Federasiyasının “faebook” səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Joze Alesionun istəyi ilə ölkə çempionu iki futzalçı ilə anlaşıb. Bunlar braziliyalı Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadır. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah hücumameyllidir.

Hər iki oyunçunun son klubu “Marreko” olub. Onların iyulun sonunda “Araz”a qoşulmaları gözlənilir.