Bizim futbol

Namiq Ələsgərovun zədəsi nə yerdədi?

Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən Namiq Ələsgərovun vəziyyətinə aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, bu gün keçirilən tibbi baxışdan sonra məlum olub ki, yarımmüdafiəçinin sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub. Sabah futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra Namiq Ələsgərovun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək. Bu haqda əlavə məlumat veriləcək.