Bizim futbol

Elbrus Məmmədov: “Heyətdə bəzi dəyişikliklər olacaq”

“Sumqayıt”ın əvəzedici heyəti növbəti mövsüm üçün hazırlığını davam etdirir. 

Dsport.az xəbər verir ki, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gündə 2 dəfə olmaqla məşq edir. 

Baş məşqçi Elbrus Məmmədov əvəzedicilərin hazırlıq planı ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib: 

“2 günlük fiziki hazırlıq çalışmalarının ardından məşqlərə start verdik. Hazırlıq prosesimiz plan üzrə davam edir. Heyətimizdə yeni mövsüm üçün bəzi dəyişikliklər olacaq. Belə ki, ötən mövsümdəki heyətdən təxminən 15-ə yaxın futbolçu qalacaq. Məşqlərimizlə yanaşı seleksiya işləri də davam edir, heyətə yeni futbolçular cəlb olunacaq. Hazırlıq prosesi müddətində 5 yoxlama görüşü keçirəcəyik. İyulun 18-də Region Liqası təmsilçisi “Tufan”, 21-də “Səbail”, iyulun 25-də və avqustun 1-də isə “Keşlə”nin əvəzedici komandaları ilə qarşılaşacağıq. Sonuncu yoxlama görüşü üçün axtarışlarımız davam edir. Əlimizdən gələni etməyə çalışacağıq ki, mövsümün startına komandanı tam hazır vəziyyətə gətirək".