Bizim futbol

“Zirə” 2 fransalı futbolçu ilə müqavilə bağladı

“Zirə” yeni futbolçularla anlaşıb. 

Dsport.az xəbər verir ki, paytaxt klubu Bilal Hamdi və Dilan Duventru ilə müqavilə bağlayıb. 

Hər iki futbolçu Fransa vətəndaşıdı. Onların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub. Futbolçularla 1+1 illik müqavilə bağlanılıb.

27 yaşlı Hamdi cinah hücumçusu, 29 yaşlı Duventru isə yarımmüdafiəçidi.