Bizim futbol

“Səbail” “Gənclərbirliyi”nə böyük hesabla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyununa çıxıb.

Dsport.az xəbər verir ki, bu, “Səbail”in Türkiyə hazırlığı çərçivəsində ilk yoxlama matçı olib. Bakı təmsilçisi yerli “Gənclərbirliyi” klubu ilə qarşılaşıb. Millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” ötən mövsüm Super Liqanı tərk edib.

Bu rəqiblə oyun Azərbaycan klubunun darmadağını ilə başa çatıb. Bakı təmsilçisi elə ilk yarıda buraxdığı 3 cavabsız qolla uduzub. D.Yılmaz fasilədən sonra 45 dəqiqə meydanda olub.

“Səbail”in Türkiyədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Yoxlama oyunu
12 iyul

Səbail - Gənclərbirliyi 0:3