Bizim futbol

“Qarabağ” - “Olimpiya”: Hakimlər açıqlandı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb.

Dsport.az xəbər verir ki, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Erez Papir
Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu
Dördüncü hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareçi (Albaniya)

Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.