Bizim futbol

“Neftçi” - “Uypeşt” matçına 60 faizdən artıq bilet satılıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Neftçi” - “Uypeşt” oyununa bilet satışı davam edir. 

Dsport.az xəbər verir ki, satışa çıxarılmış 6000 ədəd biletin 60 faizdən çoxu satılıb. Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletlərin satışı oyun günü saat 13:00-da “Dalğa Arena”ya köçürüləcək.

Xatırladaq ki, azarkeşlərin oyuna gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.

“Neftçi” – “Uypeşt” matçı bu gün saat 21:00-da start götürəcək.