Bizim futbol

“Karapetyanı feyr-pley qaydalarını əsas tutaraq gətirmədik”

Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodionun Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”ylə qarşılaşma öncəsi mətbuat konfransına bu klubun baş direktoru Tomas Jiljeman da qatılıb.

Dsport.az xəbər verir ki, o, komandanın erməni hücumçusu, bombardir olmuş Aleksandr Karapetyanı Azərbaycana gətirməmək qərarlarını belə şərh edib:

“Bu, çox həssas bir məqamdı. Feyr-pley qaydalarını əsas tutaraq Karapetyanı Lüksemburqda qoyduq. Halbuki, o, ötən mövsümdə 29 qol vurub, bizim üçün vacib futbolçudu. Sadəcə, hər iki komandanı çətin vəziyyətdə qoymamaq, azarkeşləri düşünərək bu addımı atdıq”. (Komanda)