Bizim futbol

“Neftçi”nin rəqibi üçün 20 futbolçu

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi - Macarıstanın “Uypeşt” klubu sifariş ərizəsini UEFA-ya təqdim edib.

Dsport.az xəbər verir ki, sözügedən komandanın iştirak ərizəsində 20 oyunçu yer alıb.

Onlardan üçü qapıçı, dördü müdafiəçi, səkkizi yarımmüdafiəçi, beşi isə hücumçudu.

Qapıçılar: 1. Filip Payoviç, 23. David Banai, 35. Bense Gundel-Takaş;

Müdafiəçilər: Robert Litauski, 19. Miyuşko Boyoviç, 22. David Mol, 68. Djenan Burekoviç; 

Yarımmüdafiəçilər: 8. Benjamin Çseke, 10. Donat Şöter, 14. Alassane Diallo, 18. Boyan Sankoviç, 21. Benjamin Balaş, 26. Daniel Naqi, 30. Çukvuebuka Onovo, 49. Branko Paulyeviç;

Hücumçular: 6. Obinna Emmanuel Nvobodo, 7. Kristian Simon, 9. Patrik Tişler, 86. Soma Novotnı, 99. Viktor Angelov.

“Neftçi” ilə “Uypeşt” arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Macarıstanda keçiriləcək.