Bizim futbol

Ukraynalı futbolçu rəsmən “Səbail”də - FOTO

“Səbal” növbəti transferini həyata keçirib.

Dsport.az xəbər verir ki, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb. 

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.