Bizim futbol

“Qarabağ”ın “Olimpiya” ilə matçı canlı yayımda!

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında səfərdə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.

Dsport.az xəbər verir ki, qarşılaşmanın start saatı (22:00) DÇ-2018-in yarımfinal matçıyla üst-üstə düşdüyü üçün Sloveniya telekanalları bu matçı yayımlamağa maraq göstərməyib.

Ağdam klubu azarkeşlərin bu qarşılaşmanı izləməsi üçün oyunun internet yayım hüququnu alıb və qarşılaşma “dailymotion” video şəbəkəsindən canlı yayımlanacaq.

Qarşılaşmanı bu link vasitəsiylə canlı izləyə bilərsiniz. Canlı yayım 21:50-dən etibarən başlayacaq.