Bizim futbol

Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

“Səbail”in yeni baş məşqçisi Aftandil Hacıyevin bütün köməkçilərinin adına aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Hacıyevin rəhbərlik edəcəyi məşqçilər korpusunda bu mütəxəssislər yer alacaq:

Emin Ağayev - baş məşqçinin köməkçisi
Yaşar Hüseynli - baş məşqçinin köməkçisi
Fərhad Vəliyev - qapıçılar üzrə məşqçi
Toni Boqdanovski - fiziki hazırlıq üzrə məşqçi