Bizim futbol

“Neftçi” Türkiyə toplanışına start verdi

Yeni mövsümə hazırlığını davam etdirən "Neftçi”, təlim-məşq toplanışının ikinci mərhələsi üçün dünən Türkiyəyə yollanıb.

Dsport.az xəbər verir ki, qardaş ölkənin Topuq yaylası bölgəsində məskunlaşan paytaxt təmsilçisi bu gün ilk məşqinə çıxıb. 

Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıqla bağlı çalışmaları yerinə yetirən Roberto Bordinin yetirmələri, məşqi taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla tamamlayıb. Yerli vaxtla saat 17:00-da komanda növbəti məşqinə çıxacaq. 

Qeyd edək ki, "Neftçi”nin Türkiyədəki təlim-məşq toplantısı iyulun 6-na qədər davam edəcək. Komanda hazırlıq prosesi çərçivəsində dörd yoxlama görüşündə gücünü sınayacaq.