Bizim futbol

İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

İtaliyanın “Peskara” klubunun qolkiperi Vinçentso Fiorellonun “Qarabağ”a keçidi baş tutmayıb.

Dsport.az xəbər verir ki, Ağdam klubunun transfer təklifi göndərdiyi qolkiper gələcək karyerası ilə bağlı açıqlama yayıb. Fiorello “İnstaqram” hesabında belə yazıb:

"Peskara" forması ilə A Seriyasına qayıtmaq və orda çıxış etmək istəyirəm. Bəlkə nə vaxtsa, kapitan da olaram. Məni razı salmaq üçün əlindən gələni edən "Qarabağ"a təşəkkür edirəm. Amma indiki məqamda pul mənim üçün önəmli deyil".

"Qarabağ"ın "Peskara"ya italiyalı qolkiper üçün 600 min avroluq təklif göndərdiyi deyilirdi.