Bizim futbol

“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

“Sumqayıt” Futbol Klubunun 2018/19 mövsümü üçün yay hazırlıq planı məlum olub.

Dsport.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq.

“Sumqayıt” iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində komanda 2 yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Yoxlama oyunları haqqında əlavə məlumat veriləcək.