Bizim futbol

“Proqres” - “Qəbələ” matçının da vaxtı və yeri açıqlandı

“Qəbələ”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Proqres”ə qarşı keçirəcəyi cavab matçının da yeri və vaxtı müəyyənləşib.

Dsport.az xəbər verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək. Differdanj şəhərindəki “Munisipial” arenada baş tutacaq bu oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.