Bizim futbol

Millimiz Fransaya 4 qolla qalib gəldi

Bu gün Bakıda təşkil olunan çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində 1-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Fransa yığması ilə qarşılaşan Azərbaycan millisi 4:1 hesabı ilə qələbə qazanıb. 

Komandamızın heyətində Asif Zeynalov het-trik edib, digər qolu isə Əbdül Əliyev vurub.

Turun digər oyunlarının nəticəsini diqqətinizə çatdırırıq:

İsveçrə - Ukrayna 4:5
Portuqaliya – Belarus 3:2
Almaniya – İtaliya 0:3