Bizim futbol

“Qarabağ” Avstriyada növbəti məşqinə çıxdı

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. 

Dsport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb. 

Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komanda “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.