Bizim futbol

“Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

“Qəbələ” 2018/19 mövsümünə hazırlığı davam etdirir. 

Dsport.az xəbər verir ki, “qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışının ikinci gününü arxada qoyub. 

Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında baş tutan məşqdə futbolçular öncə fiziki hazırlıq keçiblər. Ardınca isə oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər.