Bizim futbol

“Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

“Qəbələ”nin UEFA Avropa Liqasının əsas yolunun 1-ci təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. 

Dsport.az xəbər verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.

Xatırladaq ki, püşkün nəticəsinə əsasən, "Qəbələ" ilk oyununu səfərdə, cavab matçını isə evdə keçirməli idi. Lakin sonradan matçların yerinin dəyişdirilməsi qərara alınıb.