Bizim futbol

Yuri Maksimov Malta klubunu dəyərləndirdi

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov püşkatmanın nəticəsinə münasibət bildirib.

Dsport.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Baltsan” klubunun zəif rəqib olmadığını bildirib:

“Müasir futbolda artıq zəif komanda anlayışı yoxdu. Avroliqaya vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Rəqibi yaxşı analiz etməliyik və ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir".

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.