Bizim futbol

Millinin mətbuat üçün açıq məşqi olacaq

İyunun 22-dən 24-dək Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində iştirak edəcək Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi olacaq.

Dsport.az xəbər verir ki, açıq məşq bu gün saat 18:45-dən 19:30-dək Su İdman Sarayının ərazisində yerləşən Çimərlik Arenasında baş tutacaq.